“və bir Americano...” - fotolar

“və bir Americano...” -  fotolar
2315 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc yazıçı Gülay Hüseynovanın “və bir Americano...” adlı yeni kitabının imza günü keçirilib.

Axşam.az-ın məlumatına görə, Gülay sözügedən nəşrin onun sayca ikinci kitabı olduğunu söyləyib:

“İlk “Zaten boyun da küçüktü...” kitabım idi. Hər iki kitabımın mövzusu romantikdir. Əsas qəhrəmanlarım da eyni adlarladır. İlk kitabım 2015-ci ildə ən çox satılanlar sırasında birinci olmuşdu. “ve bir Americano..."nun da seviləcəyinə inanıram. Kitab Türkiyədə nəşr olundu və ilk ayından sürətlə satılmağa başladı. İkinci nəşrə yolladım. Hər nəşrdə 10 min kitab işıq üzü görüb. Türkiyədə 3 böyük imza günüm oldu. 2018-ci ildə də qardaş ölkədə 20 şəhərdə imza günüm olacaq.

Hazırda Bakıda imza günü keçirdim. Maraqlı və izdihamlı keçdi. 3 saata yaxın dayanmadan kitab imzaladım. Oxucularımın həyəcanını, sevgisini gözlərindən oxuduqca enerji alıb güclənirdim. İkinci kitabımı və məni belə həsrətlə gözləməkləri olduqca xoş oldu, yeni işlər üçün motivasiya yaratdı”.

İmza gününə gələnlər arasında xalq artisti Qurban İsmayılov, əməkdar artistlər Anar Heybətov, Bəhruz Vaqifoğlu, aparıcılar Günel Hümbətova, Sahibə Nəzərova, İlhan Özbay və başqaları yer alıblar.