“İlin ən sevilən aktyoru” oldu

“İlin ən sevilən aktyoru” oldu
1574 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Nicat Əli “İlin ən sevilən aktyoru” nominasiyasında mükafata layiq görülüb.

Axşam.az xəbər verir ki, bu haqda qrumun mətbuat xidmətindən məlumat yayılıb.

Nicat Əli 2005–2009-cu ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının Nəzdində Musiqi Kollecində tar sinfində oxuyub. Teatrda fəaliyyəti zamanı “999-cu gecə” (Maruf), “Hacı Qara” (Heydər bəy), “Qafqazlı qardaşqızı” (Arif), “Silva” (Ronsdorf), “Yatmış gözəl və yeddi cırtdanlar” (Kral) kimi tamaşalarda əsas rolları ifa edib.