27 yaşlı model və ərini güllələdilər

27 yaşlı model və ərini güllələdilər
3878 dəfə oxunub
  • A-
  • A
  • A+

Venesuellalı model Andreina Elizabet Eskalona Meksikada gecə klublarından birindən çıxarkən güllələnib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki,  yerli polis 27 yaşlı modelin avtomobildə güllələndiyini bildirib. Andreinanın yanında əri də olub.

Hadisə nəticəsində başından bir neçə güllə yarası alan Eskalona xəstəxanaya çatdırılsa da, amma həyatını xilas etmək mümükün olmayıb. Modelin həyat yoldaşı isə ağır yaralansa da, sağ qalıb.

Bildirilir ki, insident klubda yaranmış münaqişədən sonra cütlükdən alınmış qisas kimi də qiymətləndirilə bilər.