“Doktorlar” serialından Ela obrazı ilə tanınan aktrisa Yasemin Özilhan ekranlarla vidalaşsa da, sosial şəbəkədə aktivliyini saxlayır.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş aktrisa uşaqlıq fotosunu paylaşıb. Yasemin fotoya “1992-ci il, qardaşlarımla” sözlərini yazıb. Özilhanın uşaqlıq şəklinə izləyicilər tərif dolu sözlər yazıb. Onlardan bəziləri aktrisanın uşaqlıqda da zövqlə və şıq geyindiyini yazıblar.

Qeyd edək ki, iş adamı İzzət Özilhanla ailəli olan Yasemin 2 qız anasıdır.





                 

Digər Xəbərlər