"Pasport" təqdimata hazırdır

"Pasport" təqdimata hazırdır
1441 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Naiboğlu lentə aldığı "Pasport" filminin təqdimatına hazırlaşır.

Axşam.az-ın məlumatına görə, ekran işi Ramiz Abdullayevin eyniadlı pyesi əsasında lentə alınıb.

Komediya janrında çəkilən filmdə Cavan Zeynallı, Naibə Allahverdiyeva, Natiq Fərzəliyev və başqaları çəkiliblər. "Pasport"un əksər hissəsi Qobuda çəkilib. Filmdə mərhum xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılov da rol alıb.

"Pasport" yanvarın 4-də "Lider" telekanalında yayımlanacaq.