Xalq artisti Tehranda konsert verdi

Xalq artisti Tehranda konsert verdi
1920 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Ramiz Quliyev Tehranın “Təlar Vəhdət” sarayında konsert verib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, tədbir sənətkarın anadan olmasının 70 illiyinə həsr olunub.

Konsertdə dirijor Əli Əkbər Qurbaninin rəhbərliyi ilə Tehran Dövlət Mədəniyyət Universitetinin simfonik orkestri iştirak edib. Simfonik orkestrin müşayiəti ilə tarzən Ramiz Quliyevin ifasında klassik Azərbaycan musiqisindən nümunələr – Ü. Hacıbəyli, Q. Qarayev, S. Rüstəmov, T. Quliyev, C. Cahangirov, Q. Hüseynli, H. Rzayevin əsərləri, yeni işləmədə xalq mahnıları (“Sarı gəlin”, “Küçələrə su səpmişəm”), klassik muğamlar dinləyicilərə təqdim olunub.

Eyni zamanda Ramiz Quliyev Qərb musiqisi ədəbiyyatına da müraciət edərək, Y. Brams, F. Şubert və V. Montinin əsərlərini Tehran orkestri ilə bərabər ifa edib.

Tədbirdə əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov tərəfindən tarzən üçün yazılmış “Qarabağnamə” və “Rondoletto” əsərlərinin İranda ilk dəfə olaraq premyerası baş tutub. Konsertlər bitdikdən sonra professor Ramiz Quliyev 4 gün ərzində Tehran Dövlət Mədəniyyət Universitetində ustad dərsləri verib.