Böyük bədən modellərdən sayılan Diana Sirokai İnstaqramda paylaşdığı fotosu ilə bəzi markalara söz atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı model "Arıq qadın, gözəl qadındır" fikirini dəyişdirmək üçün Gigi Hadidin məşhur brendlərdən biri üçün verdiyi pozu təkrarlayıb və yarım milyonluq izləyiciləri ilə bölüşüb.

Diana şəklin altına "Bu pozu mən versəydim, necə görünərdim" qeydini yazıb.

Modelin şəkli sevənləri tərəfindən bəyənilib və onların çoxu "Möhtəşəmsiniz" kimi şərhlər yazıblar.

Qeyd edək ki, bir müddət əvvəl də Sirokai məşhur markaların reklamda kök deyil, arıq modellərə üstünlük verməsinə qarşı etirazını bildirmişdi.



                 

Digər Xəbərlər