Bu dəfə Kann Film Festivalının münsiflər heyətinin rəhbəri o olacaq

Bu dəfə Kann Film Festivalının münsiflər heyətinin rəhbəri o olacaq
1352 dəfə oxunub
  • A-
  • A
  • A+
48 yaşlı aktrisa Keyt Blanşett 71-ci Kann Film Festvialının münsiflər heyətinin rəhbəri seçilib.

Axşam.az xarici mediaya isitnadən xəbər verir ki, bu barədə festvialın təşkilatçıları məlumat yayıb. 8-19 mayda keçiriləcək festivalla bağlı Keyt bunları deyib: “Mən uzun illər Kanna aktrisa, prodüser kimi getmişəm. Ancaq heç vaxt münsif olmamışam. Buna görə çox şadam”.

Qeyd edək ki, Keyt Blanşett iki dəfə "Oskar", üç dəfə isə "Qızıl qlobus" mükafatlarının qalibi olub. O, karyerası ərzində "Yelizaveta" (1998), "İstedadlı mister Ripli" (1999), "Aviator" (2004) və başqa filmlərdə rol alıb.