İrina Şeykin gözəllik sirri

İrina Şeykin gözəllik sirri
2824 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın məşhur modellərindən olan İrina Şeyk gözəllik sirrini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən modelin necə formada qaldığının sirrini təqdim edir:

1. Yuxudan oyanan kimi üzümü buzla silirəm. Bu, dərinin canlı görünməsinə kömək edir. Bu sirri mənə anam verib. Gün ərzində çoxlu içərisinə limon sıxılmış isti su içirəm. Hər dəfə günəşdən qoruyan krem çəkirəm. Gün ərzində az makiyaj edirəm, amma dodaq boyası olmadan küçəyə çıxmıram.

2. Orqanik proteyn tərkibli şeyk içirəm.

3. Gün ərzində manqo yeyir, qatıq içirəm.

4. Hər gün vanna qəbul etdikdən sonra kokos yağı istifadə edirəm. Bütün bədənə sürtür, sonra bədənimi dəsmalla qurulayıram.

5. Qadınlara tərəvəzlərdən çox istifadə etməyi məsləhət görürəm. Balıq yağı içməyi unutmasınlar.

6. Heç bir dadlı qidadan özümü məhrum etməmişəm. Yeri gələndə qamburger, blinçik də yeyirəm. Hər gün səhər tezdən qaçıram, plates və boksla məşğul oluram. Hər gün aktiv həyat tərzi keçirirəm.