Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb.

Axşam.az xəbər verir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film beş qitəni əhatə edərək 33 beynəlxalq film festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.





                 

Digər Xəbərlər