Rusiya Federasiyasının İnquşetiya Respublikasında "Qızıl qala" V Beynəlxalq yubiley kinofestivalı keçiriləcək.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kinofestivalda ölkəmizdən də nümayəndələr qatılacaqlar. Belə ki, proqrama Azərbaycan, Şimali Qafqaz və Gürcüstandan gənc rejissor və ssenaristlərlə görüşlər də daxil ediləcək.

Nazran şəhərində idman sarayında keçirilməsi planlaşdırılan kinofestivalda Rusiyanın tanınmış rejissorları, ssenaristlər, əməkdar incəsənət xadimləri iştirak edəcəklər..



                   

Digər Xəbərlər