“Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin sevginin gücündəndir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva həyat yoldaşı Cəmilin anasının ünvanına deyib.

Sənətçi qayınanasının iddialarına cavab verərək, onu polislə hədələyib:

“Sənə nifrət edirəm. Bu dünyada da, o dünyada da iki əlim yaxandadır. Ölmüş anama söydüyün üçün məndən yalvara-yalvara üzr istəyəndə, sənin üzrünü qəbul etməmişdim, sən demə, düz etmişəm. Böyüklük məndə qalsın. Əgər bir də mən səndən təhqir eşitsəm, hədə-qorxu gəlsən, düşünmədən səni məhkəməyə verəcəm. Sabah ilk işim isə uşaqlarımın və özümün, evimin təhlükəsizliyini qorumaq üçün ərizə ilə lazımi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin və mənim başıma nəsə gəlsə, müsahibələrindəki hədə-qorxu dolu sözlərini sübut kimi təqdim edəcəm.

Yoldaşımın özü məni məcbur edir ki, daha bəsdir, bu təhqirlərə susma, üzünə baxmağa utanıram. Ağızlarının payını verim ki, görsün kimi söyür. Oğlu anasının sizin bilmədiyiniz küçə söyüşlərinə şahid olur, şoka düşür. Nə nəslimiz, nə də gorumuz qaldı. Oğlu ancaq üzrxahlıq edir”.

Qeyd edək ki, Sevdanın “Heç kimin ailəsini dağıtmamışam” açıqlaması ərinin ailəsini qəzəbləndirib. Cəmilin anası müğənninin ünvanına “Oğlumu maşınla, evlə aldadıb özünə ər etdin. Oİki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam” sözlərini bildirib.



                   

Digər Xəbərlər