Meqan Marklın 3200 dollarlıq obrazı - fotolar

Meqan Marklın 3200 dollarlıq obrazı - fotolar
1086 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Harri 36 yaşlı aktrisa nişanlısı Meqan Marklla Brikstonda görüntülənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Meqan geyimi ilə diqqət çəkib. Belə ki, şahzadənin gələcək xanımı bu ilin trend olacaq qış-yaz kolleksiyasından geyinib.

Marklın “Smythe” brendindən olan midi paltosu 795 dollar, “Marks & Spencer»dən olan koftası 60 dollar, “Burberry”dən olan şalvarı 650 dollar, “Jigsaw”dan olan şərfi 93 dollaradır. Meqanın sırğalarının qiyməti 375 dollar, ayaqqabısı 650, üzüyü 550, kəməri 38 dollardır.