"İki bacımı, iki qardaşımı itirdim" - Qədir Qızılsəs

"İki bacımı, iki qardaşımı itirdim" -  Qədir Qızılsəs
2463 dəfə oxunub
  • A-
  • A
  • A+

“Efirlərə çıxmıram. Çünki səmimiyyət görmürəm. Bəzi aparıcılar ancaq qalmaqal edir. Mən axı musiqi ilə gəlmişəm. Başqa verilişlərdə özümü görmürəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Qədir Qızılsəs “5/5” verilişində deyib.

Sənətçi həyatından danışıb. O bildirib ki, 2017-ci ildə ailəsində çox itkilər olub:

“Dörd qızım var, üçü ailəlidir. Ötən il bacım, qardaşım rəhmətə getdi. Aradan bir az keçdi yenə bir bacımı, bir qardaşımı itirdim. Biz 8 övlad idik. İndi onlardan dördü dünyasını dəyişdi”.