“Son dönəmlər haqqımda ortaya çıxan şayiələr vecimə deyil. Hər dəfə toy mövsümü başlayanda haqqımda belə xəbərlər yayırlar. Gah deyirlər səsi batıb, gah deyirlər artıq toya getmir, bizneslə məşğuldur, gah deyirlər hansısa restoranda qadınla tutublar onu. Bu söz-söhbətlər toylarımın sayını azaltmaq üçündür. Çünki hər zaman diqqət mərkəzindəyəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Virtual həyat” verilişinə açıqlamasında müğənni Elariz Məmmədoğlu deyib.

Sənətçi bildirib ki, həmkarlarının əksəriyyəti onun ayağının altını qazır:

“Anti-reklamımla məşğul olan bir neçə nəfər var. Onları da tanıyıram. Sadəcə olaraq mən onların adını deyən kimi, müxbirlər gedib həmin adamlardan müsahibə götürəcəklər. Onlar da inkar edəcəklər. Sonda isə o adamlar biraz da reklam olunacaqlar.

Mənim ayağımın altını qazmağa çalışanlar məni görəndə bir öpürlər, bir qucaqlayırlar ki... Mən də onlara xoş sözlərimi deyirəm. Bununla da ayrılırıq”.



                 

Digər Xəbərlər