Sosial şəbəkədə söyülən 14 yaşlı ulduz intihar etdi

Sosial şəbəkədə söyülən 14 yaşlı ulduz intihar etdi
4078 dəfə oxunub
  • A-
  • A
  • A+
8 yaşında Avstraliyada məşhur papaq markasının reklam üzü olan 14 yaşlı Eymi Everett intihar edib.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gənc ulduzun intiharı bütün ölkəni şoka salıb.
 
Eymi internetdən ona edilən təzyiq və təhqirlər səbəbindən özünü asıb. Eymi “bu dünyadakı pisliklərdən qurtulmaq istədiyini” deyərək özünü öldürüb.

Everettin valideynləri internet üzərindən qızlarına sataşanlara səslənərək “Dəfn mərasiminə gəlin və geridə nə qoyduğunuza baxın” deyiblər.