Müğənni Mənzurə Musayeva qızının toyundan danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Sayqa ilə bu axşam” verilişində bildirib ki, bütün var-dövlətini qızına bağışlayacaq.
Mənzura toyda borca düşməsi xəbərindən bəhs edib:
“Qızım medianın çəkməsini istəmirdi, amma mən onunla dava etdim. Dedim, bir övladım var, media gəlsin. Hər şeyim qızımındır. Toyu pula görə etməmişdim. O qədər gücsüzəm ki, bir uşağın cehizini, ev-eşiyini verməyim? Qazanc üçün toy etməmişdim.
Toydan sonra qızım ailəsi ilə birlikdə Avropa turuna bal ayına getdi”.
Qeyd edək ki, Çinarə Mənzurənin qardaşının uşağıdır. Sənətçi onu övladlığa götürüb.