Azərbaycanda ilk dəfə olaraq 3D formatında "Cırtdan və sehirli xalat" adlı yerli cizgi filmi çəkilib.

Axşam.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, bu film əsasən uşaqların intellektinin inkişafı, xarici dildən çox ana dilini mənimsəmələri lentə alınıb.

Ekran işinin ssenari müəlliflərindən biri olan akytor Kənan Yusifovun sözlərinə görə, animasiyada səkkiz personajdan istifadə edilib. Dəyərlərə verilən hörməti xarakterizə etmək üçün Təpəgözün gəldiyini xəbər verən qızın geyimi milli üslubda seçilib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsında çəkilən "Cırtdan və sehirli xalat" cizgi filminin treyleri artıq nümayiş olunur. Cizgi filmi hazırdır və yaxın günlərdə yayımlanacaq.



                   

Digər Xəbərlər