Mədət Quliyev direktora mükafat verib

Mədət Quliyev direktora mükafat verib
1573 dəfə oxunub
  • A-
  • A
  • A+
“Milli Qəhrəman Mədət Quliyevdən mukafat almaq şərəfdir”.

Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev mətbuata açıqlamasında bildirib. Ə.Lalayev qeyd edib ki, əməyə görə mükafatlar həmişə qürurvericidir:

“Mən çox mükafatlara layiq görülmüşəm. Hər bir mükafatın taleyimdə özəl yeri var. Bu mükafat yaradıcı əməyimə verilən qiymət kimi hər dəfə mənə dünyaları bəxş  edib. Ötən ilin sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin imzası ilə DTX-nın Mədəniyyət Mərkəzində bədii yaradıcılığın inkişafına verdiyimiz   töhvələrə və burada keçirilən tədbirlərin hazırlanmasında yaxından kömək göstərdiyimizə görə təqdim olunan “Fəxri fərman” isə mənə xüsusi sevinc gətirdi.

Bu mükafatlar bizim kollektivin əməyinə verilən qiymət idi, həm də  bu mükafatı  Milli Qəhramanımız, yaradıcı insanlara həmişə böyük qayğı ilə yanaşan, teatrımızın tamaşalarına da böyük maraqla gələn Mədət Quliyev özü  mənə təqdim etdi. Çox gözlənilməz oldu, amma, çox da böyük sevinc doğurdu, qürur duydum. Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir”.