"Deyir ki, Nəsimi də sırğa taxıb" - Cavanşir Məmmədov

"Deyir ki, Nəsimi də sırğa taxıb" -  Cavanşir Məmmədov
2342 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəziləri deyir ki, Nəsimi də sırğa taxıb. Sən Nəsimisən? Sırğa taxırsansa, açıq-aşkar denən ki, sırğa taxıram. Misal gətirmə heç kimi. Denən ki, mən bunu edirəm, yaxşı edirəm. Sırğa taxmaq ayıb, günah deyil”.

Axşam.az xəbər verir ki, bu sözləri “Sayqa ilə bu axşam” proqramına qonaq olan əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni kişilərin sırğa taxması mövzusundan söz açıb.

C.Məmmədov sənətçilərə ismarış göndərib:

“Özün kişi olmalısan. 100 faiz kişi ol, istəyirsən sırğa tax. Nəsiminin dərisi soyulanda rəngi saralıb, amma sözündən dönməyib. Mənə lazım deyil ki, səviyyəsi aşağı olan adam mənə hörmət etsin”.