Xanımından Samirə ad günü hədiyyəsi - fotolar

Xanımından Samirə ad günü hədiyyəsi -  fotolar
9705 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyevə həyat yoldaşı Anara ad günü sürprizi edib.

Axşam.az-ın məlumatına görə, A.Piriyeva onun üçün mahnı yazıb. Söz və musiqisi Anaranın özünə məxsus olan mahnı “Eşqbaz” adlanır. Həyat yoldaşı müğənni üçün sözügedən mahnıya klip də çəkib.

Samir bildirib ki, mahnının hitə çevriləcəyinə inanır:

“Bir mahnını ki, həyat yoldaşım yazıb, o mahnının sevilməmə şansı azdır. Çünki bu, ürəkdən gələn bir işdir və sevgidən doğub. Özümü şou-biznesin “Eşqbaz”ı görürəm... İnsanın qəlbi daim eşqlə dolu olmalıdır. Həqiqətən də yoldaşımın mahnının sözlərində yazdığı kimi çox eşq hekayələri yaşamışam. Amma həyat yoldaşıma olan eşqim bir roman oldu.

Anara bundan əvvəl də mahnı sözü yazıb. Sadəcə 2 il əvvəl stressdən səsimdə problem yarandığı üçün onları oxuya bilmədim. 2018-ci ildən özümə söz vermişəm yeni və çox fərqli işlər, layihələr, kliplər və konsertlər edəcəm, İnşallah. Klipdə stilimi də həyat yoldaşım dəyişib”.

Ekran işi yanvarın 24-də sənətçinin ad günündə təqdim olunacaq