Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
3398 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5°, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.