"Ayrılıq səbəbi bu səhnələr deyil" - fotolar

"Ayrılıq səbəbi bu səhnələr deyil" - fotolar
5303 dəfə oxunub
  • A-
  • A
  • A+
“Çukur” serialının baş rol ifaçısı Dilan Çiçək Dənizlə yeni sevgilisi, “Məryəm” serialının qəhrəmanı Furkan Andıç Etiler istiqamətində görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranlardan birindən çıxışda jurnalistlərin suallarını cavablandıran aktrisa 2 ay öncə ayrıldığı Okan Can haqda danışıb.

O, ayrılıqlarının səbəbinin "Çuxur" serialındakı öpüşmə səhnələri ilə bağlı olmadığını deyib:

"Deyirlər ki, Aras Bulutla öpüşmə səhnələrinə görə ayrılmışıq. Yalandır. Bu bəhanədir. Sadəcə anlaşa bilmədik, ayrıldıq. Başqa səbəblər isə sirr qalsın".

Qeyd edək ki, Okanın 22 yaşlı aktrisanı “Çuxur” serialındakı tərəf müqabili Aras Bulutla öpüşmə səhnələrindən sonra tərk etdiyi iddia edilirdi.