"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" - Elnur

"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" -  Elnur
3018 dəfə oxunub
  • A-
  • A
  • A+

Gündəmdən uzaq olan müğənni Elnur Hüseynov "Lider maqazin"in kamerası qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, özəl həyatını açıqlamağı sevmir: 

"Şəxsi həyatdan heç vaxt danışmaq istəmirəm. Bu mənim şəxsi işimdir. Sosial şəbəkələrdə də paylaşımlar etmirəm. Sevdiyim insan mənimdir, görünməsini istəmirəm. Mənim üçün önəmli odur ki, sevəcəyim insan adam olsun, məni başa düşsün. Müğənni də, həkim də ola bilər".

Elnur Türkiyədəki həyatından söz açıb:

"Türkiyədə evdə oluram. İquanam, itim, pişiyim var, onlarla vaxt keçirirəm. Dostlarımla görüşürəm. Əsas odur ki, yaxınlarınla gözəl günlər keçirəsən. Verilişlərə getmirəm. Baxırsan yığışırlar danışırlar, maraqsız. Heç biri vecimə deyil. Televizora baxmıram".