Xatirə tənqid yazanları hədələdi: "Ay üzdən iraq..."

Xatirə tənqid yazanları hədələdi: "Ay üzdən iraq..."
3718 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam sosial şəbəkə izləyicilərinə əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, sənətçinin "Bizimləsən" verilişində qardaşı haqda dediyi "Əsgərliyi cəbhə bölgəsində çəkir. İcazə vermədi ki, zəng vurub tapşırım" sözləri müzakirələrə səbəb olub.

İnstaqram izləyiciləri onun bu sözlərini tənqid ediblər. Xatirənin eyni zamanda bir neçə gün əvvəl geyindiyi dekolteli libas da bəyənilməyib. İstifadəçilər onun açıq geyindiyini yazaraq, ələ salıblar.

İslam bir çox tənqidi şərhləri silsə də, özü onlara cavab verib. Müğənni izləyicilərindən birini işarələyərək "Ay üzdən iraq, sənin qeyrətini çəkən lazımdır. Ağıllı ol" sözlərini yazıb.