2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar

2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
10121 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın İndiana əyalətində yaşayan Stanley Hollar adlı sakin arıqlayaraq görünüşü ilə hamını təccübləndirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı sakin həkimlərin ciddi xəbərdarlığından sonra 2015-ci ilin sonunda arıqlamaq qərarı verib.

2 il əvvəl 308 kiloqram olan Stanleyə həkimlər "40 yaşından sonra yaşama ehtimalın azdır, 3 ay ərzində arıqlamalısan" deyib.

Özündə güclü iradə tapan Hollar yeməyini azaldıb, idmanla məşğul olub və 2017-ci ilə qədər 226 kiloqram arıqlayıb.

Hazırda 78 kiloqram olan Stanley özünü daha xoşbəxt hiss etdiyini bildirir.

Hollar 1996-cı ildə avtomobil qəzasına düşərək bir ayağını itirib.