Əməkdar artist Röya Ayxan prezident İlham Əliyevin bacısı Sevil Əliyeva ilə görüşüb.

Axşam.az xəbər verir ki, sənətçi bu görüşdən fotoları İnstaqramda paylaşıb.

Röya həmçinin xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və teleaparıcı Hacı Nuranla da şəkillərini yayıb.

Müğənni fotolara "Mehriban bir gecədən sevimli insanlarımla” şərhini yazıb.
 
Xatırladaq ki, dünən "Nargis" jurnalının 5 illiyi münasibəti ilə Türkiyənin superstarı Ajda Pekkanın konserti keçirilib. Konsertdə Sevil Əliyeva da iştirak edib. Daha sonra isə ziyafət təşkil olunub.
 
 
 
 
 


                   

Digər Xəbərlər