"Bizi toya çağırmaq üçün insanlar yalvarırlar" - Ədalət Şükürov

"Bizi toya çağırmaq üçün insanlar yalvarırlar" -  Ədalət Şükürov
5393 dəfə oxunub
  • A-
  • A
  • A+

“Biz fəxr edirik ki, heç kəsin cibinə girmirik və halal pulumuzu qazanırıq. Nəsə etmirik ki, kimsə bizə artıq nəsə versin”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Sayqa ilə bu axşam” proqramına açıqlaması zamanı əməkdar artist Ədalət Şükürov deyib.

Məclislərdən və el şənliklərindən danışan müğənni açıqlaması ilə səs-küy yaradıb:

“Bizə yalvarırlar, məclislərini bizə uyğun vaxta salırlar. Bizə xoşdur və mən fəxr edirəm ki, gözəl sənətlə məşğul oluruq. Halal pulumuzu qazanırıq və hamınızdan xaiş edirəm ki, o zəhmətimizi bizə halal edin. Ona görə ki, sizin şən gününüz, tədbiriniz bizsiz keçmir. Ona görə də nə yazırsınız yazın”.