"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının təqdimatı oldu - fotolar

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının təqdimatı oldu -  fotolar
2523 dəfə oxunub
  • A-
  • A
  • A+

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabını fəxri qonaqlara və media nümayəndələrinə təqdim edib.
 
Axşam.az xəbər verir ki, "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabda gələcək ananın hamiləlik dövründə qarşısına çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib.

Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar.

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitab öz missiyasını layiqincə yerinə yetirəcək və bütün hamilələrin şübhədolu fikirlərlə və cavabını bilmədikləri suallarla beyinlərini yormağa icazə verməyəcək. Xanımlarımız hamilə olduqlarını öyrəndikləri gündən körpələrini qucaqlarına aldıqları günə qədər bu kitabı oxuyacaq, həm mədəni istirahət etmiş olacaq, həm də ana olmağa hazırlıq mərhələsinə tam qüvvə ilə daxil olacaqlar.

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabın ərsəyə gəlməsində durmadan inkişaf edən səhiyyəmizin rolunu da mütləq qeyd etmək lazımdır. Belə ki, Dr. Səbinə Mirzəyeva kitabın yaranma tarixçəsini danışarkən bunları deyib:

“Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə bilavasitə ümummili liderimiz Heydər Əliyevin himayəsində olub. Ulu öndərimiz səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərcə irəliləmək iqtidarında olan tərəqqisini təmin edib və onun bu səhiyyə siyasəti  prezidentimiz İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir. Onların bizim səhiyyəyə göstərdikləri qayğı və verdikləri tövhələr biz həkimlərdə böyük bir məsuliyyət hissi oyadıb. Bunun nəticəsidir ki, bu gün biz belə bir kitabın dərc olunması münasibətilə bura toplanmışıq”.
 
Xatırladaq ki, Dr. Səbinə Mirzəyeva 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnib və hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışır.