Ebruya görə prezidentlə görüşəcək

Ebruya görə prezidentlə görüşəcək
3392 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sərdar Ortaç küsülü olduğu həmkarı Ebru Gündeşi barışığa razı salmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana müraciət edəcəyini deyib.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, konserti zamanı hər zaman getdiyi məkana Ərdoğanın da getdiyini bildirən ifaçı bir gün qarşılaşacaqlarını və ondan Ebrunu barışıq üçün razı salmasını istəyəcəyini deyib:
 
“Bir gün rəsilə eyni gündə orada olacağıq. Ona dərhal deyərdim ki, “Ebru məni bağışlasın deyə nəsə eləyin”. Gözünün içinə baxaram, hirslənməz. O, məni çox sevir. Ebru ilə dostluğumuz bitməz”.

Xatırladaq ki, Ebru Gündeş cənbui azərbaycanlı iş adamı, həyat yoldaşı Rza Zərrabın ABŞ-da həbsindən sonra onu axtarmayan Sərdar Ortaçdan küsüb. O, həmkarını çətin günlərində onu dəstəkləmədiyinə görə ittiham edib.