Bir sıra məşhur simalar kimi ABŞ-ın eks prezidenti Barak Obamanın ailəsi də qışı isti ölkələrdə keçirir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hazırda Mayamidə olan eks prezidentin xanımı Mişel Obama və böyük qızı Maliya paparazzilərə tuş gəlib.

Çimərlikdə görüntülənən Mişelin əynində ağ bikini, şortik, küləkdən qorunmaq üçün üstdən kofta və başında bandana, gözündə gün eynəyi olub. Qara bikinidə olan Maliya da küləkdən qorunmaq üçün üstdən qısa kofta geyinib.

Şəkillər sosial şəbəkələrdə yayılar-yayılmaz 53 yaşlı Obamanın düzgün bədən quruluşu izləyicilərin diqqətini çəkib. Məlum olub ki, Mişel ideal bədən quruluşuna görə, müntəzəm idmanla məşğul olmasına borcludur.
 
 
 
 
 


                 

Digər Xəbərlər