"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - fotolar

"Dostlar Mahallesi"nin aktyoru vəfat etdi - fotolar
10819 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kanal D"də yayımlanan "Dostlar Mahallesi" serialının aktyoru Turan Özdemir vəfat edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Dondurmam Gaymak" filmi ilə daha çox yadda qalan aktyor İstanbuldakı evində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Özdemir 1952-ci ildə anadan olub. Teatr aktyoru kimi fəaliyyət göstərsə də, 2001-ci ildən film və seriallara çəkilir. O, “Pis yedili”, “Cennet mahallesi”, “Geniş ailə” kimi seriallarda oynayıb.

2006-cı ildə "İlin ən yaxşı kişi aktyoru" mükafatına layiq görülüb.