"Heç bir müğənnidən bəstəmə görə halallıq almıram"

"Heç bir müğənnidən bəstəmə görə halallıq almıram"
1906 dəfə oxunub
  • A-
  • A
  • A+

“Müəllif hüquqları ilə bağlı problem ən çox bizim ölkədə var. Bu da bizim müğənnilərin və bəstəkarların özlərinin yaratdığı qanundur”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni-bəstəkar Pərviz Mahmudov deyib.

Sənətçi mahnılarda müəllif hüquqlarının pozulmasından gileylənib:

“Bizim ölkədə müəllif hüquqları, qanun-qaydaları var. Amma təəssüf ki, ondan müğənnilərimizin xəbəri yoxdur. Hərə özünə sərf edən tərzdə danışır. Oxunmuş əsəri başqa bir ifaçıya verəndə, ilk ifaçıdan halallıq almaq kimi qanun bizdən başqa heç bir ölkədə yoxdur. Hətta bunu bəzi bəstəkarlar da belə düşünür. Bu, harada yazılıb? Mahnını vermə şərtləri var. Sən bunu yalnız öz səsində istifadə edirsən və ondan pul qazanırsan. Ona görə də pul ödəyirsən. Bu, o demək deyil ki, sən mahnının hüququnu da alırsan. Mahnının bütün hüquqlarını da ala bilərsən və o zaman ondan istədiyin kimi istifadə edə bilərsən. O qədər pul verib mahnının bütün hüququ almağa bizdə heç kimin gücü çatmaz.

Bunlar mənim öz dediyim fikirlər deyil. Bu qanunlar müəllif hüquqlarında olan qaydalardır. Belə qaydaları bu işdə çalışan hər kəs bilməlidir. Bilmədikləri üçün də, bizdə çox anlaşılmazlıqlar olur. Heç bir müğənnidən bəstəmə görə halallıq almıram. Onlar məndən halallıq alsın”.