“Bu dəfə komediya olmayacaq” - Fatma Mahmudova

“Bu dəfə komediya olmayacaq” -  Fatma Mahmudova
1504 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Fatma Mahmudova bu dəfə səhnəyə tamaşaçıların adət etmədiyi tərzdə, daha ciddi və dramatik bir obrazda çıxacaq.

Axşam.az xəbər verir ki, aktrisa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” əsəri əsasında hazırlanan tamaşada səhnəyə çıxacağını deyib.

O, “Bu dəfə komediya olmayacaq” deyə bildirib.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu ikihissəli pyesdə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım  isə burada nənə (ana) rolunu canlandırır.
 
Tamaşada rolları əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövü Hüseynov, Anton Ferştandt, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Mehriban Zalıyeva, Firus Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, rejissor assistenti Elməddin Dadaşovdur.