Hanifə ərə gedir - toy hazırlıqları başladı

Hanifə ərə gedir - toy hazırlıqları başladı
4672 dəfə oxunub
  • A-
  • A
  • A+

Zuhal Topalla evlilik verilişinin ən çox tanınan simalarından olan Hanifə ərə gedir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəlin namizəd proqramda özünə sevgili tapa bilməsə də, hazırda Furkan Alkoç adlı gənclə görüşür.

Cütlük haqda danışan Hanifənin atası onun ərə getməsinə razı olduğunu bildirib:

"Furkan tanıdığımız biridir. Niyyəti ciddidirsə, elçi gəlsin. Artıq ərə getməyin vaxtıdır".

Məlumata əsasən, bu sözlərdən sonra Alkoç hərəkətə keçib və o, toy hazırlıqlarına başlayıb.