Bu prosedur sizi 10 yaş cavanlaşdıracaq

Bu prosedur sizi 10 yaş cavanlaşdıracaq
1921 dəfə oxunub
  • A-
  • A
  • A+

Qışda dərimiz daha solğun görünür və baxıma ehtiyac olur. Dərini daim cavan, təravətli saxlamaq üçün ona baxım edilməsi mütləqdir. Amma ev şəraitində edilən maskalar dərini o qədər də baxımlı saxlamır.

Həkim-kosmetoloq Xariqə Quliyeva Axşam.az-a dərini tez bir zamanda bütün problemlərdən xilas edəcək prosedurdan danışıb.

Kosmetoloq bildirib ki, cavanlaşma üçün müasir dövrdə ən yaxşı prosedur fraksiondur:

“Fraksion son dövrlər ən çox istifadə edilən və məsləhət görülən prosedurdur. Dəri yeniləməsi üçün istifadə edilən ən yeni cihazdır. Hazırda müalicəedici funksiyasına görə, ən çox istifadə olunan üsuldur. Onun vasitəsilə dəridə olan sızanaq, yanıq, yara izləri aradan qaldırılır, qırışlar yox edilir. Üz sallanması və çatların aradan qaldırılmasında da ən çox bu vasitədən istifadə olunur.

“DƏRİDƏKİ LƏKƏLƏRDƏN TEZ BİR ZAMANDA XİLAS OLUNUR”

Fraksion lazer dərinin üstünə və alt hissəsinə təsir edir. Sistem vasitəsilə lazer işığı dəriyə yeridilir. Üstünlüyü ondan ibarətdir ki, dəridə sağlam hüceyrələri saxlayır, ölü hüceyrələri yox edir və yenisi ilə əvəzləyir. Fraksion vasitəsilə bir çox prosedurlar edilir: pilinq, parıldadıcı... Prosedurdan sonra dəri soyulur və yenisi ilə əvəzlənir”.

Həkim-kosmetoloq bildirib ki, bu prosedurdan sonra üzünüz uşaq dərisi kimi təmiz, parlaq və hamar olacaq:

“Əgər dərinizdə hansısa bir dərin çapıq varsa onu tamamilə aradan qaldırmaq mümkün deyil. Amma fraksion lazerlə onu daha az bilinəcək dərəcəyə gətirmək mümkündür. Müalicə seanslar şəklində aparılır. Ən az 3-5 seans edilməlidir. Prosedur o qədər də çox vaxt aparmır. Fraksion lazer zamanı pasient heç bir ağrı hiss etmir. Onun edildiyi hissə keyidilir. Prosedurdan sonra üzdə az hiss olunan qızartı yaranır ki, bu da qısa vaxtda aradan qalxır. Bir neçə gün su vurulmasına icazə verilmir. Daha sonra isə dəri soyulur və yenisi ilə əvəzlənir. Dəri daha canlı, parlaq olur.

Proseduru edən heç bir narahatlıq yaşaya bilməz. Kosmetalogiyanın ən son nailiyyəti sayılan fraksion lazer vasitəsi ilə heç bir cərrahi ve inyeksion müdaxilə olmadan dəriniz cavan və problemsiz olacaq”.

"GÖZ ƏTRAFINDAKI QIRIŞLARDAN XİLAS OLUN"

X.Quliyeva xanımları çox narahat edən gözətrafı qırışlardan da danışıb:

"Bir vaxtlar bu qırışları dolğularla aradan qaldırırdılar. Bu isə bir çox problemlər əmələ gətirirdi. Ona görə də dolğunu gözaltına vurmaq olmaz. Xanımları yaş artdıqca göz altında yaranan qırışlar narahat edir. Bunu da məhz fraksion lazer aparatı vasitəsilə etmək mümkündür. Bir neçə prosedurdan sonra bütün gözətrafı qırışların açıldığının şahidi olacaqlar".

Tel.: (012) 555 31 03

Mob.: (050) 303 02 09
 
WhatsApp: (055) 303 02 09

İş saatları: 10:00-dan 18:00-a kimi

Ünvan: N.Nərimanov metrosunun yaxınlığı ("Life Centre"in binası)

İnstaqram: kosmetoloq_xariqa