Zöhrə Abdullayeva "Bacanaqlar"dan niyə getdi?

Zöhrə Abdullayeva "Bacanaqlar"dan niyə getdi?
4470 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Zöhrə Abdullayeva “Bacanaqlar” serialından ayrılıb.

Axşam.az-ın məlumatına görə, müğənni artıq bir neçə bölümdür ki, ekran işində görünmür.

“Bacanaqlar”ın prodüseri, aktyor Elməddin Cəfərov əməkdaşımızla söhbətində bildirib ki, Z.Abdullayeva öz istəyi ilə serialdan gedib:

“Keçən mövsümdən getmək istədiyini demişdi. Azərbaycandan köçmək istəyirdi. Hətta arada tez-tez başqa ölkəyə gedib-gəlirdi. Biz də ona görə bu mövsüm nəzərə aldıq və ssenaridən çıxardıq. Deyəsən, heç ölkədən də getməyib. Aramızda heç bir inciklik olmayıb, böyüyümüzdür, hörmət edirik”.