"Ətrafımda olan müğənnilərin hamısı xəstədir" - Vasif Məhərrəmli

"Ətrafımda olan müğənnilərin hamısı xəstədir" -  Vasif Məhərrəmli
3089 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vasif Məhərrəmli həmkarları ilə bağlı qalmaqallı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla"da həmkarlarını "serial xəstəsi" adlandırıb:

“Ətrafımda olan müğənnilərin hamısı xəstədir. Birmənalı xəstələniblər. Serial xəstəsi olublar. Evdə də baxırlar. Birdən vacib görüşü belə seriala görə təxirə salırlar. Şou-biznesdəkilərin maraq dairəsini türk serialları zəbt edib”.

Məhərrəmli müğənni-bəstəkar Rəhim Rəhimlidən inciyini də etiraf edib:

“Rəhimdən incimişəm. Bir məsələ var özü bilir. Zəng vursun, ona səbəbin deyim. Toylarda görüşürük, nə vaxtsa qabağıma çıxacaq. Amma Tolik məndən inciməsin, Rəhimin sənəti var. Onun canında şou var. Xarizma, canında şou olmaq önəmlidir. Heç vaxt Rəhim Vasif ola bilməz. Özünəməxsus bir səhnə şousu var. Kimisə gecə-gündüz göstərib reklam etmək olar. Amma xalqın bunu sevəcəyinə əminsən”.