2009-cu ildə vəfat edən dünya şöhrətli müğənni Maykl Cekson haqda inanılmaz xəbərlər yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənətçinin ölmədiyi iddia edilir.
Belə ki, Mayklın qızı Paris Cekson bu yaxınlarda avtomobildə çəkdirdiyi bir şəkli izləyicilərlə bölüşüb. Fotoya diqqətlə baxdıqda arxa oturacaqda Maykl Ceksona bənzər birinin olduğunu görünür.

Şəklin həqiqi və ya montaj olduğu məlum deyil. Amma bundan əvvəl də sosial şəbəkələrdə yayılmış bir neçə fotolarda Ceksonun olduğu iddia edilmişdi.

Bəzi mənbələrdə isə M.Ceksonun ölmədiyi, konsetlərdən imtina etməsi səbəbindən borcları qaytarmamaq üçün gizləndiyi iddiası da var.

Türk astroloqu Aslı Güderin 2018-ci illə bağlı bağlı bir açıqlaması da var. O, iddia edir ki, 2018-ci ildə ölmüş kimi bilinən dünyaca məşhur bir sənətçinin əslində sağ olduğu öyrəniləcək və bu, günlərlə mediada müzakirə mövzusuna çevriləcək.

Qeyd edək ki, 51 yaşlı ifaçının ölümündən sonra həkimi həbs olunmuşdu. Mayklın dərmanı dozadan artıq atdığı və bu səbəbdən öldüyü vurğulanırdı.