Mikayıl Cabbarov Eldar Mansurovun oğluna vəzifə verdi

Mikayıl Cabbarov Eldar Mansurovun oğluna vəzifə verdi
3305 dəfə oxunub
  • A-
  • A
  • A+

Vergilər Nazirliyində struktur islahatları davam edir.

Axşam.az APA-ya istinadən xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.