Sevil canlı yayımda ona elçi düşən oğlana cavab verdi: "Kirayədə də yaşayaram"

Sevil canlı yayımda ona elçi düşən oğlana cavab verdi: "Kirayədə də yaşayaram"
14649 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” TV-də yayımlanan “5-də 5” verilişində bu dəfə də maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqrama qonaq olan Sevil-Sevinc bacıları ötən veriliş onlardan birinə - Sevilə elçi düşən şəxsə cavablarını açıqlayıblar. Onlar tamaşaçıların onları qınadığını bildiriblər:

"Yaxınlaşıb deyirlər ki, "Bizi niyə aldadırsız? Onsuz da kirayədə yaşayan insandır. Sən ona gedənsən?". İnanın mənə, gedərəm, beş də artıq. Niyə? Çünki mən özüm də kirayədə yaşamışam". 

Daha sonra bacılar oğlanın ailəsini araşdırdıqlarını və fikirlərini, cavablarını məktubda qeyd etdiklərini deyiblər. Zərfi proqramın aparıcısı Zaura təqdim edən Sevinc onun canlı efirdə açılmasını istəməyib.

Qeyd edək ki, ötən verilişlərdən birində studiyaya Xaçmazdan anası ilə gələn Həzrət adlı gənc uzun illərdir Sevilə vurulduğunu və onunla ilə qurmaq istədiyini bildirib.

Verilişin aparıcısı Zaur Kamal Həzrətin evini çəkəcəyini və onun valideynləri ilə Sevilgilə elçi gedəcəklərini söyləyib.

Məsələ ilə bağlı səbəbkar danışmasa da, amma bacısı Sevinc ona xoşbəxtlik arzulayıb:

“İstərdim ki, bütün qızlar ailə qurub xoşbəxt olsunlar. Sənət, səhnə gəldi-gedərdi. Əsas ailədir. Mən də bacı kimi çox istərəm ki, Sevil ailə qurub xoşbəxt olsun”.