Brilliant Dadaşova oğluna əsəbiləşdi: "Tərbiyəsiz..." - video

Brilliant Dadaşova oğluna əsəbiləşdi: "Tərbiyəsiz..." -  video
4336 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad sosial şəbəkədə paylaşdığı video ilə hamını təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, Cahad sürətli motosiklet sürərkən çəkdiyi görüntünü İnstaqramına yerləşdirib. O, paylaşımına “Zolaqlı xətlərlə oynamaq” şərhini yazıb.

B.Dadaşova oğlunun videosuna çox əsəbiləşib və onu hədələyib:

“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam”.

Cahad isə anasına “Axı sənə niyə telefondan istifadə etməyi öyrətdim ki” cavabını verib.

Qeyd edək ki, Dadaşovanın oğlu Türkiyədə yaşayır.