"Heç bir xəstəliyim yoxdur" - 35 kiloqram arıqlayan Əli

"Heç bir xəstəliyim yoxdur" -  35 kiloqram arıqlayan Əli
4326 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Əli Tapdıqoğlu “əməliyyatla 35 kilo çəki atıb” xəbərlərinə münasibət bildirib.
 
Axşam.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan sənətçi bildirib ki, əməliyyat etdirməyib:

“Allah insana hər şey verib. Necə veribsə, onu dəyişmək olmaz. Çünki onun rəssamı Allahdır. Rəssamın çəkdiyi şəkli poza bilməzsən. Heç bir xəstəliyim yoxdur. Sadəcə pəhriz vasitəsi ilə arıqladım. Yaxşı dostlarım sağ olsunlar. Onların sayəsində çəki atdım. İnsanı düzəldən dostları olur. Ətrafın necə olursa, özün də elə olursan”.

Əli onu da əlavə edib ki, arıqlamaq xəbəri mediada daha çox müzakirə olunub:

“Mən sənətdə elədiklərimlə gündəmi ələ ala bilmədim. Amma mənə elə gəlir ki, bu sənətdə nələrsə eləmişəm. Çünki Fransa səhnəsində və bir sıra ölkələrdə çıxış edəndə bir nəfər mənə zəng edib təbrik etmədi".

Qeyd edək ki, mətbuatda Əlinin mədə kiçiltmə əməliyyatı keçirdiyi və bunun sayəsində 35 kilo çəki atdığı iddia edilmişdi.