Bir gün ABŞ-ın prezidenti o olacaq - fotolar

Bir gün ABŞ-ın prezidenti o olacaq - fotolar
7212 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın geyimi müzakirə mövzusuna çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı siyasətçi atası ilə Pensilvaniyada zavodlardan birinə yollanarkən görüntülənib.

Çox vaxt geyimi tənqid olunan İvanka bu dəfə göz oxşayıb. O, qara uzunboğaz köynək, klassik şalvar və qara ayaqqabılarını bej rəngli uzun palto və mirvari sırğalarla tamamlayıb.

Fotoları sosial şəbəkədə çıxan Trampın qızı üçün istifadəçilər "Birinci xanım - prezident", "Bir gün ABŞ-ın prezidenti o olacaq", "Rəhbər kimi görünür" şərhləri yazıblar.

Qeyd edək ki, yazıçı Maykl Volf da bu yaxınlarda satışa çıxardığı "Alov və işıq: Trampın Ağ Evində" ("Fire and Fury: Inside the Trump White House") adlı kitabında da bir gün İvanka və yoldaşı Cared Kuşnerin ölkə rəhbəri olacağına işarə verib.