20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb - fotolar

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb  -  fotolar
1575 dəfə oxunub
  • A-
  • A
  • A+

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyində baş tutan tədbirdə Vaşinqton şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımız və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar hadisəsi zamanı mülki əhaliyə sovet ordusunun silah tətbiq etdiyini, xalqımızın çoxsaylı oğul və qızlarının şəhid olduğunu, bu tarixin xalqımızın yaddaşında bir faciə kimi əks olunduğunu söyləyib. Eyni zamanda, səfir bu faciənin xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirdiyini və milli- mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra mərasimdə iştirak edən digər şəxslər də öz fikirlərini bölüşüblər. Azərbaycanın ABŞ-dakı icmasının fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin hər bir soydaşımız üçün hüzn günü olduğunu qeyd edib, bu qanlı hadisənin təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılmasında ABŞ-dakı soydaşlarımızın gördüyü işləri xatırladıb. O, qanlı hadisənin milli oyanışımız və həmrəyliyimiz yolunda mühüm amil olduğunu vurğulayıb.

Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib və onların ruhuna ehsan verilib.