Ərdoğandan 20 Yanvar faciəsi ilə bağlı paylaşım

Ərdoğandan 20 Yanvar faciəsi ilə bağlı paylaşım
3270 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

Axşam.az xəbər verir ki, Ərdoğan bununla bağlı Tvitter səhifəsində paylaşım edib:

"28 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 20 Yanvar şəhidlərinin ehtiramla yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram. Türkiyə olaraq həmişə Azərbaycanın yanında olacağıq”.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar həştəqindən istifadə edib.