Muradı əsəbiləşdirən hadisə: "Ayıbdır!"

Muradı əsəbiləşdirən hadisə: "Ayıbdır!"
4567 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Murad Arif erməni jurnalist Hrant Dinkin 20 Yanvar faciəsinin ildönümündə yad edilməsinə əsəbiləşib.

Axşam.az xəbər verir ki, sənətçi Türkiyədə Hrant Dink tərəfdarlarının toplaşaraq “Hamımız erməniyik” şüarını səsləndirməsinə etiraz edib:
 
“Bəli, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ancaq təəssüf ki, bu gün xoşagəlməz anlarla rastlaşdım. Azərbaycanda 20 Yanvar, 1990-cı il qətliam günüdür. Qardaş Türkiyədə isə “Hamımız erməniyik” deyə bağıran bəzi “dostların” “Hrant Dink günüdür”...

Yığışaraq matəm qururlar. Dostuq, sülh gözəldir. Amma türkin qanına susayan, dünyaya “türk qatildir, soyqırımçıdır” bağıran bir millətin kədərini yaşatmaq, Azərbaycanda ermənilərin törətdiyi qətliamları, öldürülən uşaqları görməzdən gəlmək, kədərimizə şərik olmamaq tarixi mənada, gələcək günlər üçün yanlış addımdır. Əziz Türkiyə türkləri! Hamımız əvvəlcə TÜRK olaq. Türkün kədərini paylaşaq... Əsrlərlə türkün torpaqlarını işğal etmək istəyənləri, əsl düşmənləri tanıyaq. Sonra istəsəniz, hamımız italyanıq, fransızıq deyərik... Ayıbdır!”.