Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik"

Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik"
3240 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Los-Ancelesdə “Qadınlar yürüşü” təşkil olunub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yürüşün əsas məqsədi qadınların öz haqlarını tələb etməsi olub.

Minlərlə qadının iştirak etdiyi mitinqdə məşhur simalar da yer alıb. Onlar arasında Adel, Kameron Diaz, Cennifer Louens, Eva Lonqariya, Natali Portman, Skarlet Yohanson, Oliviya Mann, Mila Kunis, Sara Heylend, Elizabet Benks, Elizabet Milano və başqaları olub.

Müğənni Adel İnstaqram səhifəsində Cennifer Lourens, Kameron Diazla çəkdirdiyi fotonu bu qeydə paylaşıb:

“Həyatıma ən çox təsir edən şəxslər qadınlar olub. Məni qadınlar – ailəm, dostlarım, müəllimələrim əhatə edir. Mən onları sevirəm və hər ötən gün onlara daha çox ehtiyac duyuram. Biz baş verənlərlə barışa bilmərik”.

Aktrisa Mila Kunisi əri Eşton Kaçer tək buraxmayıb. Cütlük eyni papaq taxaraq yürüşdə iştirak edib. Kaçer sosial media hesabında xanımı ilə şəkil paylaşaraq yazıb:

“Biz birlikdə nəsə etməliyik. Bu qızlar – bizim bacılarımız, ailəmizin bir üzvləridir”.

Cütlüyün fotosu izləyicilər tərəfindən bəyənilib, onlar Mila və Eştonun bu addımını dəstəklədiklərini bildiriblər.