Aygünlə Tünzalə arasında qalmaqal: "Məndən öpücüklər gözləməsin"

Aygünlə Tünzalə arasında qalmaqal:  "Məndən öpücüklər gözləməsin"
3030 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva “ATV maqazin onlarla” verilişində xalq artisti Aygün Kazımovanın ünvanına sərt sözlər səsləndirib.

Axşam.az-ın məlumatına görə, müğənni Kazımovanın onun ünvanına dediyi “Bakı payızı”ndan sağ qalanları görəndə qabaqlarına qaçıb salam verirdik. Biz gözləmirdik ki, onlar bizə "salam" versin. Tünzalənin mahnıları təkrardır” sözlərinə əsəbiləşib. 

Tünzalə A.Kazımovadan incidiyini etiraf edib:

“Qarşı tərəfdən nə görürəmsə, eyni, layiqli cavabını verirəm. Mən sayqını da, sayqısızlığı da cavabsız qoymuram. Qarşılıq varsa, öpüb gözümün üstündə qoyuram. Yoxdursa, məndən o öpücükləri gözləməsin. Yəqin nəsə olub... Heç bir səhnədə özünü ulduz adlandıran insan başqalarını özünə borclu saymasın. Hər kəs bir çətinliklərdən keçib gəlir. Tünzaləni Allah bu səhnəyə gətirib, heç kimin 10-15 balı yox. “Pakı payızı”nda münsiflər simvolik idi. Tünzaləyə 1 xal vermək mümkün deyildi. 10 almalıydı, başqa variant yox idi. Tünzalə təkrarçılıqla məşuldur” deyir, olsun”.

Qeyd edək ki, A.Kazımova və T.Ağayeva tədbirlərin birində üz-üzə gəlib və görüşməmişdi.