Suarez azərbaycanlı rəssamın əsərlərini aldı - video

Suarez azərbaycanlı rəssamın əsərlərini aldı - video
1071 dəfə oxunub
  • A-
  • A
  • A+
Ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.

Axşam.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, azərbaycanlı rəssamın hazırladığı əl işlərinə hətta dünyaca məşhur şəxslər də maraq göstərir.

Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

Rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllimə kimi çalışdığına görə bu işə çox vaxt ayıra bilmir. İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

Lalə Əsəgərovanın sözlərinə görə, bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu olan Suarez də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. Bu işin vaxt aparan və səbr tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.